Azərbaycandan Türkiyəyə rəsmi etiraz
Türkiyənin Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri XİN-ə dəvət edib.
Bu barədə Lent.az-a XİN mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı bu il oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.
Rəsmi Bakı Türkiyə-Ermənistan oyunundan əvvəl Azərbaycan bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar Ankaraya etiraz bildirib
[ 15 Oktyabr 2009 18:22 ]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı cari ilin oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilmiş Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.


LinkBack URL
About LinkBacks

Alıntı Yaparak Cevapla


