GÜRCÜSTANDA AZERBAYCANDAN GEDEN NEFT QATARI PARTLADILDI
Dünən səhər Gürcüstan dəmir yollarında partlayış törədilib. Yerli mənbələrin yaydıqları xəbərlərə görə, Senaki-Poti dəmir yolunda baş verən partlayış zamanı Azərbaycan neftini Gürcüstanın Poti limanındakı Kulevi terminalına daşıyan yük qatarı relsdən çıxaraq aşıb. Kulevi terminalı ARDNŞ-yə məxsusdur. Gürcüstan mənbələri qatardakı neftin də ARDNŞ-yə məxsus olduğunu açıqlayıb. “Gürcüstan dəmir yolları” şirkətinin baş direktoru İrakli Ezuqbaya bildirib ki, partlayış nəticəsində dəmir yolunun 150 metrlik hissəsi sıradan çıxıb.Onun sözlərinə görə, partlayış təkcə relsləri deyil, elektrik xətlərini də sıradan çıxarıb. Qatarda mazutla dolu 12 vaqonun aşdığı və ətrafa mazut dağıldığı bildirilir. Vaqonların hər birində 60 ton mazut olub. Partlayıcı qurğunun trotil, geksogen və platindən hazırlandığı və kifayət qədər güclü olduğu haqda məlumat var. Bərpa işləri başlayıb və dəmir yolunda hərəkətin iki günə bərpa ediləcəyi gözlənilir. Gürcüstanın dəmiryol idarəsinin rəsmisi xəsarət alan olmadığını deyib. Gürcüstan DİN isə terror maddəsi ilə cinayət işi açıb.
Gürcüstan dəmir yollarında bu cür diversiyalar ötən ilin avqustunda Rusiyanın bu ölkəyə hərbi müdaxiləsindən sonra başlayıb. Bu, son beş ayda baş verən beşinci partlayışdır. Sentyabrın 15-də Zuqdudi-Tiflis reysi ilə hərəkət edən qatarda partlayış olmuşdu və bir vaqon sıradan çıxmışdı. Həmin ay sözügedən xətt üzrə hərəkət edən daha bir qatar partladılıb. Bu təxribatlarda rəsmi Tiflis separatçı Abxaziya bölgəsini günahlandırır. Lakin ekspertlərə görə təxribatların arxasında daha böyük qüvvə-Rusiya dayana bilər. Bütün hallarda dəmir yollarında baş verən partlayışlar elə təşkil olunur ki, insan tələfatı baş vermir, ancaq hərəkət qısamüddətli də olsa dayanır. Partlayışlar Azərbaycan və Qazaxıstan neftinin daşındığı marşrutda da vaxtaşırı olaraq törədilir. Ehtimal olunur ki, bütün bunlar Gürcüstan üzərindən keçən enerji nəqli marşrutlarının təhlükəsiz olmadığı haqda mesaj verməkdir.
Siyasət şöbəsi
http://musavat.com/new/
Mersin Tarsus'ta Azerbaycan Çocuk Parkı Ateşe Verildi
Tarsus ile Azerbaycan Hatai Belediyesi ile dostluk anısına Çağlayan Mahallesinde belediye tarafından yaptırılan Hatai Çocuk Parkındaki oyuncaklar kimliği belirsiz kişi ya da kişiler tarafından ateşe verildi.
Tarsus ile Azerbaycan Hatai Belediyesi ile dostluk anısına Çağlayan Mahallesinde belediye tarafından yaptırılan Hatai Çocuk Parkındaki oyuncaklar kimliği belirsiz kişi ya da kişiler tarafından ateşe verildi.
Sabaha karşı meydana gelen yangın, olay yerine gelen itfaiye ekipleri tarafından kısa sürede söndürüldü.
Olayda parkta bulunan oyuncakların tamamı kullanılamaz hale gelirken, polis olayı yapan kişi ya da kişileri yakalamak için çalışma başlattığı öğrenildi.
http://www.mersinhaber.com/15374-mer...e-verildi.html
bence sulari kimse duzenli olaraq kimlerse yapiyor Azerbaycan Turkiye arasini acmaq icin amma yapamazlar cimse aramizi acamaz


LinkBack URL
About LinkBacks
Alıntı Yaparak Cevapla


